Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Mingəçevir şəhərinə səfəri çərçivəsində 13 və 14 nömrəli tam orta məktəbləri ziyarət edib.
Bu barədə "TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən bildirilib.
Firudin Qurbanov sözügedən məktəblərdə tədris prosesini izləyib, yaradılmış şəraitlə tanış olub, şagird və müəllim kollektivi ilə görüşüb.
14 nömrəli tam orta məktəbdə pilot layihə kimi tədris olunan şahmat dərsində iştirak edən nazir müavini şagirdlərin oyununu da izləyib.