Elm və təhsil nazirinin müavini Həsən Həsənli Gəncə şəhərinə səfər edib.
TehsilMedia.az xəbər verir ki, səfər çərçivəsində nazir müavini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra nazir müavini Həsən Həsənli bir neçə məktəbəqədər təhsil müəssisəsində və ümumtəhsil məktəbində olub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları ilə görüşən Nazir müavini daha sonra Gəncə şəhərində fəaliyyət göstərən STEAM mərkəzində olaraq məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil məktəb direktorları ilə görüşüb.