AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Bu barədə "TehsilMedia.az”a institutdan bildirilib.
Azərbaycan Universitetinin və Türkiyə Cümhuriyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə X.Məlikzadə “Heydər Əliyev “Manas” dastanının 1000 illik yubiley tədbirində” adlı məruzə ilə çıxış edərək görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin türk dövlətlərinin, ümumən Türk dünyası ölkələrinin birliyinə, bu birliyin siyasi perspektivlərinə xüsusi diqqətindən, onun azərbaycançılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərindən, Azərbaycan Respublikasının Türkiyə və Mərkəzi Asiyanın türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətindən bəhs edib və çıxışına görə sertifikata layiq görülüb.