Bildiyimiz kimi, ayın 20-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. İmtahan 17 şəhər və rayonda təşkil olunub. Qəbul imtahanında abituriyentlər hansı fənnin suallarını cavablandırmaqda çətinlik çəkiblər?
İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1642 imtahan zalı ayrılıb. İmtahanların idarə olunması üçün 90 ümumi imtahan rəhbəri, 267 imtahan rəhbəri, 2050 nəzarətçi müəllim, 281 buraxılış rejimi əməkdaşı və 90 bina nümayəndəsi ayrılıb. Həmçinin imtahanlarda 24 fiziki məhdudiyyətli abituriyent də iştirak edib.
Abituriyentlər buldiriblər ki, tarix fənninin sualları çətin olub.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığı üçün nəticələrin yaxın 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.