Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) təşkilatçılığı ilə tələbələr üçün KOB Subyektləri və Klubları Assosiasiyasının əməkdaşları (KOBSKA) tərəfindən master klass keçirilib.
Bu barədə "
TehsilMedia.az"a ADNSU-dan məlumat verilib.
“İş müsahibəsi və linkedinin əhəmiyyəti” mövzusunda keçirilən master klass-da təlimçilər –İnsan resursları sahəsində mütəxəssis Aygün Ramazanova və Sahibkarlıq Akademiyasının rəhbəri Kamal Mahmudov Kimya texnologiya (KTF) və İqtisadiyyat və menecment fakültələrinin tələbələrinə karyerada irəliləmək, peşəkar iş və biznes mühitində rəqabətə davamlı inkişafın əsas prinsiplərindən danışıb, uğurlu karyera üçün gələcək addımların müəyyənləşdirilməsi və digər karyera inkişafı haqqında fikirlərini bölüşüblər. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.