Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Aran iqtisadi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı yeni kitabı nəşr olunub.Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
Kitabın baş redaktoru, institutun baş direktoru Zakir Eminov, elmi redaktoru baş direktorun müavini Zaur İmranidir. Beş fəsildən ibarət nəşrdə Azərbaycanın mərkəzi və şərq hissələrini əhatə edən Aran zonasında əhalinin məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, nizamlanması istiqamətləri təhlil olunur.
Qeyd olunub ki, ölkədə yaranan sabit iqtisadi inkişaf demoqrafik göstəricilərin sabitləşməsinə səbəb olur. Təsərrüfatın inkişaf səviyyəsi, onun strukturu, əhaliyə göstərilən sosial-mədəni və məişət xidməti təbii artım və miqrasiyalara böyük təsir göstərir. Bu amillərin təsiri ilə Aran iqtisadi rayonunda da əhalinin sayı davamlı olaraq artır.