Mayın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bu barədə "TehsilMedia.az”a DİM-dən bildirilib.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 324 namizəd qeydiyyatdan keçib. 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 317 namizəddən 138 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 26, 30 və 31 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.