SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Azər Sadıxzadə ABŞ-də keçirilən “TechCrunch Disrupt” beynəlxalq konfransında iştirak edəcək.
BANM-dən "
TehsilMedia.az"a verilən məlumata görə, o, tədbirdə "CodeAny" layihəsi ilə təmsil olunacaq.
“TechCrunch Disrupt” sənayedə irəliləyiş yaradan aparıcı mütəxəssislərin iştirakı ilə texnologiya sahəsindəki aktual xəbərlər və inkişafa həsr olunmuş 3 günlük konfransdır. Konfrans sentyabrın 19-21-də San-Fransisko şəhərində keçiriləcək.
Azər Sadıxzadə Azərbaycanda keçirilən 300 iştirakçının qatıldığı “The International Meetup” konfransında seçilən 18 finalçı startapçı siyahısına daxil olub və “TechCrunch Disrupt”a iştirak etmək şansı qazanıb.
BANM tələbəsinin “CodeAny” startap layihəsi vizuallaşdırma və animasiya ilə proqramlaşdırmanı öyrənmək üçün indiyədək tətbiq olunmayan bir yol təqdim edir.