İyunun 8-də Kürdəmir rayonunun seçilmiş 8 ümumi təhsil müəssisəsinin VIII sinif şagirdləri arasında ICILS beynəlxalq qiymətləndirməsinin əsas mərhələsi keçirilib.
TehsilMedia.az xəbər verir ki, ICILS beynəlxalq qiymətləndirməsinin məqsədi şagirdlərin XXI əsrin tələblərinə uyğun kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarını və bu bacarıqlara yiyələnmək üçün lazım olan ev və məktəb mühitinin qiymətləndirilməsindən ibarətdir.
Qeyd edək ki, ICILS beynəlxalq qiymətləndirməsinin bu mərhələsinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən digər rayon (şəhər) ümumi təhsil müəssisələrində də təşkili nəzərdə tutulur.