"Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə “Ümumi təyinatlı” yeni ixtisaslaşma yaradılıb.
"
TehsilMedia.az"ın məlumatına görə, bu barədə "Naxçıvan" Universitetinin Tədris şöbəsinin müdiri f.ü.f.d. Anar Abuzərli ətraflı bildirib.
O qeyd edib ki, yeni ixtisaslaşmanın tədrisinə bu ildən etibarən başlanılacaq.
Anar Abuzərli açıqlamasında deyib ki, universitetinin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda iş həyatına hazırlamaqdan ibarətdir. Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək.
Həmçinin qeyd edilib ki, təhsilin davam etmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub.