AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Tədbirdə Qafqazşünaslıq İnstitutunun 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müzakirə edilib. Elmi Şurada AMEA-nın müxbir üzvü Qorxmaz İmanov iştirak edib.
Sonra Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli qərarı ilə Elmi şura üzvləri məlumatlandırılıb. Qafqaz tarixi (qədim dövrlərdən XX əsrə qədər) şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyevin “Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü” adlı monoqrafiyası (Elmi məsləhətçi: AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli. Elmi redaktor: AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev. Rəyçilər: tarix elmləri doktoru, professor İradə Hüseynova və tarix elmləri doktoru, professor Kərim Şükürov) çapa tövsiyə edilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.