Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, iclası institutun baş direktoru, şuranın sədri, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Daha sonra müəssisənin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva institutun laboratoriyalarının yarımillik hesabatlarını təqdim edib.
Həmçinin aparıcı elmi işçi, b.ü.f.d., dos. Sevinc Cəfərovanın və böyük elmi işçi, b.ü.f.d., dos. Ruhiyyə Quliyevanın 18-24 iyun 2023-cü il tarixlərində Rusiyaya elmi ezamiyyəti ilə bağlı məlumatı dinlənilib.
Bundan əlavə, Biofizika İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktorantların qəbul imtahanının verilməsi ilə bağlı “Genetika” ixtisası üzrə suallar və “Biofizika” ixtisaslaşması üzrə magistrantların yay imtahan sessiyasının nəticələri təsdiqlənib.