AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Qazaxıstanın Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.Bu barədə "
TehsilMedia.az"a nstitutdan məlumat verilib.
Memorandum birgə elmi-tədqiqat layihələrinin işlənib-hazırlanmasını və həyata keçirilməsini, elmi konfransların, seminarların, simpoziumların təşkil edilməsini, birgə elmi əsərlərin hazırlanmasını və nəşr edilməsini, eləcə də hər iki elmi müəssisənin alimlərinin mübadiləsini və elmi ezamiyyətlərin həyata keçirilməsini əhatə edir.