Xəbər verdiyimiz kimi, ötən gün İctimai Şuranın üzvü Etibar Əliyev şura üzvlüyündən istefa verdi.
TehsilMedia.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini feysbuk səhifəsində paylaşaraq bildirib. Şərhdə qeyd olunub:
Hörmətli deputat, Azərbaycanda təhsil eksperti İnstitutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən Şuranın fəaliyyətindəki qeyri şəffaflığa görə istefa verdi.
Bu bir daha sübut edir ki, Təhsil nazirliyi yanında İCTİMAİ ŞURA təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi Təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər.
Mənim yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb.
Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır.
Fəridə Ağaxanlı