"Təhsildə durum çox ağırdır".TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov bildirib.
Onun sözlərinə görə, istər orta məktəb, istər ali məktəb olsun, hamılıqla birləşib bu problemi həll etməliyik:
"Bu duruma görə Elm və Təhsil Nazirliyi dövlət və xalq qarşısında məsuliyyət daşıyır. Söhbət kimin nazir olmasından getmir. Nazirin bəyanatlarından görünür ki, onun problemlərin həlli ilə əlaqəli heç bir strategiyası yoxdur. Çünki komandası da çox zəifdir".