“Ana dilimiz bir dəyərdir və hər birimiz bu dəyəri qorumağa borcluyuq”.
TehsilMedia.az “Report” a istinadən xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Ana dili - Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimindəki çıxışında deyib.
M.Kərimli layihəyə qoşulan müəllimlərə təşəkkür edib:
“Bu addım onların vətənpərvərliyinin daha bir sübutudur. Dilimizin qorunması və yayılması üçün əlimizdən gələni etməli, hər birimiz bu işdə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”.