İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq
TehsilMedia.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
ETS-in (
Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti)
TOEFL iBT imtahanı 22 iyul 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla
DİM-in səhifəsindən tanış olmaq mümkündür.