Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov Dubayda keçirilən 1-ci Dünya Elm Çempionatında qələbə qazanaraq Beynəlxalq Tarix Bioqrafiya İnstitutu tərəfindən gümüş mükafata layiq görülüb.
AMEA-dan "
TehsilMedia.az"a bildirilib ki, sözügedən çempionatında 69 ölkədən 1236 iştirakçı iştirak edib, 38 müxtəlif elm sahəsi üzrə işlər təqdim olunaraq 360 alim mükafatlandırılıb.
Münsiflər arasında 30-dan çox Nobel mükafatçısı olan çempionata qatılan ölkələr üzrə komanda təsnifatında: 1-ci yer - Çin, 2-ci yer - ABŞ, 3-cü yer - BƏƏ, 4-cü yer - Hindistan, 5-ci yer - Fransa, 11-ci yer - Almaniya, 13-cü yer - Sinqapur, 14-cü yer - Qazaxıstan, 15-ci yer - Polşa, 16-cı yer - Özbəkistan, 17-ci yer - İsveçrə, 18-ci yer - Azərbaycan, 19-cu yer - CAR olub.
Qeyd edək ki, 1-ci Dünya Elm Çempionatının qaliblərinin böyük əksəriyyəti daha əvvəl Dubayda “Nobel Mükafatları: Müvəffəqiyyətli Şəxsiyyətin formalaşdırılması və ətraf mühitin dəyişdirilməsi üçün təcrübə və peşəkar nailiyyətlərin öyrənilməsi” beynəlxalq elmi təcrübə proqramını başa vurub. Alimlərin əldə etdikləri nəticələr beynəlxalq universitet reytinqlərində nümayiş etdiriləcək.