Əzimov Orxan Rasim oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri təyin olunub.TehsilMedia.az xəbər verir ki, Orxan Əzimov 2014-ci ildə bakalavr səviyyəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini, 2017-ci ildə isə magistr səviyyəsi üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası üzrə müəllim kimi fəaliyyət göstərib.
2018-2022-ci illərdə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində, 19 may 2022-ci il tarixindən isə Lənkəran- Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.