Abituriyentlər üçün nəzərdə tutulan test toplusunda kobud səhvə yol verilib. Coğrafiya fənninin adı sətrdən-sətrə səhv keçirilib. Bu hələ hamsı deyil. Belə ki, Biologiya fənni ilə bağlı da eyni aqibət yaşanıb. Güvən nəşriyyatına aid bu mütərəqqi hecalama versiyası təəccüb doğurur.
Məsələ ilə bağlı açıqlama verən "Güvən" nəşriyyatının əməkdaşı Ramil Əsədov bildirib ki, Azərbaycan dilinin qaydaları hər kəs üçün vacib olsa da, onları pozmağa icazə var: "Qrafik dizaynda bu cür icazələr vizuallaşmağa və rəqiblərin arasında fərqlənməyə şərait yaradır. Nəticə etibarilə kitab üzlərinin dizaynında bu konseptdən istifadə edilib. Yeniliklər isə çox vaxt cəmiyyətdə birmənalı qarşılanmadığı üçün bu addım dizaynda ictimai müzakirəyə səbəb olub. Hər halda bu yenilik qaydaların inkarı kimi başa düşülməməlidir."
Ekspertin sözlərinə görə, oxucunu sətrdən-sətrə səhv keçməklə təəccübləndirmək yəqinki yeni üsuldur: "Bu, jurnal üz qabığının rəngi və yaxud illüstrativ məqam deyi.l Bu, hecadır".
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, nəşriyyatlar özləri müstəqil fəaliyyət göstərdikləri üçün həmin vəsaitlərə nazirlik heç bir müdaxilə etmir. Ümid edirik ki, məlum yenilik jurnalın içindən çölünə sıçramaz. Əks halda sətrdən-sətrə keçərkən daha böyük qəzalara səbəb olacaq.