İnformatika fənni məktəblərdə düzgün tədrisi vacib olan fənnlərdən biridir. Lakin təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin bir çoxunda bu fənni ixtisaslaşmış müəllimlər deyil, ibtidai sinif pedaqoqları və ya qeyri-ixtisas müəllimləri tədris edir. Bəs bu, nə dərəcədə düzgündür?Mövzunu TehsilMedia.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, ibtidai sinif müəllimləri daha çox ana dili və riyaziyyat fənnini tədris etsələr, daha məqsədəuyğun olar. Çünki informatika fənni erkən yaşlarda uşaqlarda informasiya bacarıqlarını formalaşdırır. Müəllimlər isə dərs saatları çox olsun deyə bu tip əlavə fənnləri tədris etməkdə maraqlı olurlar".
K.Əsədov qeyd edib ki, bu, doğru yanaşma tərzi deyil: "İnformatika və xarici dil əsasən ixtisaslı müəllimlər tərəfindən tədris olunmalıdır.
Bu, uşaqların texnoloji bilikləri dərindən öyrənməsinə şərait yaradar".
Ülkər Abdurrahmanlı