Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib
Qeyd edilib ki, Nərgiz Həsənova 1990-cı ildən biologiya müəllimi, 2011-ci ildən isə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir.