Aprelin 16-da keçirilən Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsinin ilkin mərhələsinin nəticələri elan olunub.
Bu barədə "TehsilMedia.az"a Təhsil İnstitutundan bildirilib.
Nəticələri ttm.edu.az portalına daxil olub ÜTİS kodunu yazaraq əldə edə bilərsiniz. ÜTİS kodunu yazdıqdan sonra açılan pəncərədə şagirdin nəticələri, eyni zamanda "STATUS” yazılan hissədə şagirdin ikinci mərhələyə keçib, keçmədiyi, diplom yoxsa sertifikat aldığına dair məlumat qeyd olunub. Status bölməsində "Final” yazılan şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanmış hesab edilirlər.
Müsabiqənin final mərhələsi 13 may tarixində keçiriləcək. Final mərhələsinin buraxılış vərəqləri isə 6 may tarixindən etibarən kabinetlərə yüklənəcək. Əlavə olaraq, final mərhələsinə keçid edən şagirdlərin şəxsi kabinet yaratdıqları əlaqə nömrəsinə SMS göndəriləcək.
QEYD: Müsabiqə ilə əlaqəli müraciətlər 3 iş günü ərzində Office@arti.edu.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.