AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində elmi seminar keçirilib.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Türkiyənin məşhur “Hürriyet” qəzetindəki Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi haqqında yazılmış “Liderliyini təsdiqlədən adam: İlham Əliyev” başlıqlı məqalə haqqında danışıb. Bildirib ki, Prezident İlham Əliyev artıq dünya liderlərindən biri olduğunu öz tarixi addımları ilə təsdiqləyib və ölkə başçısı cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir.
“Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunu modernləşdirərək, Ermənistanın bütün niyyətlərini puç edərək Qarabağdakı 30 illik işğala son qoydu. Azərbaycan istər hərbi-siyasi, istərsə də mənəvi-psixoloji nöqteyi-nəzərdən XXI əsrin müharibəsini apardı, dünya hərb tarixinə yeni bir səhifə yazdı və mənəvi-psixoloji aspektlər ilə götürüldükdə Vətən müharibəsi tarixi bir fenomendir”, - deyə Günel Məlikli vurğulayıb.
Daha sonra şöbənin doktorantı İradə Teymurova “İdarəçilikdə liderlik problemi” mövzusu ilə seminarda çıxış edib, müzakirələr aparılıb.