Oktyabrın 10-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Rəsmi məlumata görə, imtahanda iştirak etmək üçün 329 nəfər qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (metronun “8 Noyabr” stansiyasının yanı) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.
İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat DİM-in saytında imtahana yazıldıqdan sonra sistem tərəfindən bildiriş formasında avtomatik təqdim olunub.