Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir sıra təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif ediliblər.Bu barədə "
TehsilMedia.az"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.