Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində səmərəli fəaliyyətinə görə və anadan olmasının 65 illiyi münasibətilə təltif olunub.
BŞTİ-dən "
TehsilMedia.az"a bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Mehriban Vəliyeva səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edib, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıb.
H.Əsgərov diqqətə görə təşəkkürünü bildirib və bundan sonra da üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini söyləyib.
BŞTİ-nin müdir müavini H.Əsgərov Təşəkkürnamə ilə təltif edilib və xatirə hədiyyəsi təqdim olunub.