Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək metodistlərin hazırlığı istiqamətində təlimlər davam edir.
ARTİ-dən "
TehsilMedia.az"a bildirilib ki, sentyabrın 23-dən başlayan təlimlərə respublikanın müxtəlif şəhər və regionlarından ümumilikdə 250-yə yaxın müəllim cəlb olunub.
Təlimlərin təşkilində məqsəd məktəblərdə metodik xidmət göstərmək üçün lazım olan bilik və bacarıqların təkmilləşdirilməsidir.
Təlim müddətində iştirakçılar real öyrənmə mühitinə və müzakirələrə cəlb olunmaqla təcrübə mübadiləsi imkanı əldə edirlər.
Qeyd edək ki, metodist hazırlığı üçün təlimlərə ARTİ MDPİM tərəfindən təşkil edilən müsabiqədən uğurla keçən müəllimlər cəlb olunublar. Təlimlərdən uğurla keçən iştirakçıların isə metodist bazasına əlavə olunması və metodik xidmətə cəlb edilməsi nəzərdə tutulub.