Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib.
TehsilMedia.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, həmin vəzifəyə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov təyin olunub.