“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əməkdaşlığı ilə “Təhsildə könüllülük” təşəbbüsünə start verilir.
TehsilMedia.az xəbər verir ki, təşəbbüs çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin bağçalarda praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur.
Təşəbbüsün məqsədi sözügedən ixtisas üzrə təhsil alan tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarıqlarını artırmaq, gələcək kadr hazırlığı prosesinə töhfə vermək, eləcə də ali və orta ixtisas təhsili müəssisələri ilə bağçaların əməkdaşlığını formalaşdırmaqdır.
Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz.