AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2023-cü ildə üçüncü sayı nəşr olunub.
AMEA-dan "
TehsilMedia.az"a bildirilib ki, yeni sayda akademik İsa Həbibbəylinin “Yeni tarixi mərhələ: reallıqlar və çağırışlar”, akademik Rasim Əliquliyevin “Yüksək texnologiyalara əsaslanan cəmiyyətimizdə mühəndis peşəsinin nüfuzu getdikcə artmaqdadır”, Sadıx Nəbiyevin “Kosmosda Azərbaycan izləri: sabaha yönəlmiş tarix”, Yaşar Rəhimovun “Ümid-Dilucu körpüsünün rolu və əhəmiyyəti”, Məhbubə Əliyevanın “Qərbi azərbaycanlıların yaddaşından süzülən yurd həsrəti”, Elnur Həsənovun “Nizami Gəncəvinin şəcərəsi”, Pərvanə Əliyevanın “Azərbaycan təsviri incəsənətində qadın obrazının tarixi inkişafı”, İzmira Quliyevanın “Köhnə Bakının çini dəstləri”, Natəvan Məmmədovanın “Bina və qurğuların qrunt bünövrələrinin gərginlik vəziyyəti”, Arzu Məlikovanın “Siniflərdə inklüziv təlim mühitinin yaradılması yolları” sərlövhəli və s. məqalələr yer alıb.