Oktyabrın 24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Məktəbimizin xarizmatik natiqləri" layihəsinin açılış mərasimi keçirilib.
TehsilMedia.az xəbər verir ki, “Məktəbimizin Xarizmatik Natiqləri” layihəsinin açılış mərasimi Bakı şəhəri Xətai rayon 191 nömrəli tam orta məktəbdə keçirilib.
Açılışda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın sədri Rüfət Əsədzadə, KarneGi Klubun rəhbəri - Nəcəf Allahverdiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Tarix üzrə fəlsəfə doktoru, "Rəsul Rza" mükafatı laureatı İradə Əlili, müəllimlər və şagirdlər iştirak edib.
Layihənin əsas məqsədi “Xarizmatiq Natiq” təlimlərinin keçirilməsi ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizin natiqlik qabiliyyətinin artırılmasıdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.