Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat davam edir.Bu barədə
"TehsilMedia.az" a nazirlikdən məlumat verilib.
Elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, təhsil sahəsinə dair müasir yanaşmaları öyrənmək və təhsil islahatları prosesinin iştirakçısı olmaq istəyən şəxslər “Maarifçi” proqramına qoşulmaqla Elm və Təhsil Nazirliyində, həmçinin qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər.
İlk üç gündə qeydə alınan müraciətlərin sayı 500-ü ötüb. Müraciətlər dekabrın 15-dək davam edəcək.
Daha ətraflı məlumatı linkdən əldə etmək olar.