SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) “İnternship Panel Discussion” (Təcrübə ilə bağlı panel müzakirə) adlı sessiya təşkil edib.TehsilMedia.az xəbər verir ki, sessiyada iştirak edən BANM-in Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Nicat Səfərəliyev, Gülüstan Kərimova və Ağa Qurbanov bp şirkətində, Ayşən Qurbanova “Halliburton” şirkətində, Tural İsmayılov “SOCAR AQS” şirkətində və Səfurə Orucova SLB şirkətindəki təcrübə proqramı barədə tövsiyə və biliklərini aşağı kurs tələbələri ilə bölüşüblər.
Panel müzakirənin koordinatoru və aparıcısı Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aminə Rəhmanova olub.