"Səhvə yol verməkdən qorxan şəxsin, risk etməyi sevməyənin innovasiya yaratması çətindir".TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, səhv etmək bacarığı vacib öyrənmə elementidir:
"Şagird də sinifdə səhv edəndə bununla bağlı izah verib, təhlil aparıb nəyəsə nail olmaq olur. Səriştəlilik də bu sahədə önəmli yer tutur. Yəni səriştəli şəxs innovasiya işi ilə məşğul ola bilər. Son dövrlərin uğurlu layihələrinə baxsaq, başqa insanlara nəyisə satmaq bacarığı mədəni dəyərlərdən irəli gəlir".
Kənan Nağıbəyli