Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.
İclasda aqrar elmləri üzrə 7, zoologiya üzrə 4, fiziki-kimyəvi biologiya üzrə 7 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları a.e.d., dos. Mustafa Mustafayev, b.ü.f.d., dos. Səbinə Ömərova və b.ü.f.d., dos. İlhamə Kərimova tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış mövzuların adında dəyişikliklər edilməklə 18 işin hamısı müsbət qiymətləndirilərək qeydiyyata alınıb.