Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il noyabrın 3-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.
TehsilMedia.az xəbər verir ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
İmtahanda 301 nəfər iştirak edib. 163 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.