Ali məktəblər üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə bənzər model tətbiq etmək düzgün deyil.
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, elə sahələr var ki, orada yalnız bir mütəxəssis var:
"Siz həmin şəxsi MİQ-ə bənzər imtahanla necə işə götürə bilərsiniz? Bəzən fikirlər söylənilir, sadəcə onun arxasında dayanan proseslər nəzərə alınmır".
Emin Əmrullayev repetitorluq fəaliyyətinə də toxunub.
"Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər".
Nazir qeyd edib ki, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər:
"Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək”.