Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev cari ildə “Geosciences” (“Yer elmləri”) jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq ekspert rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, “Geosciences” jurnalı “Web of Science” bazasına daxildir. Nəşrdə multidissiplinar sahələrdə (geologiya, geofizika, hidrogeologiya, yerin fizikası) aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzlu məqalələr dərc olunur.
Jurnalın impakt faktoru 2.86, h-indeksi 43-dır. Elmi nəzəriyyələr əsasında dünya akademik tədqiqatlarında əsas göstəricilərdən biri olan dörd kateqoriyalı kvartil şkalasında (Q), jurnal Q1 sinfinə daxildir.
Qulam Babayev həmçinin jurnalın ekspertlər siyahısına daxil edilib.