2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının modelində hər hansı dəyişiklik olmayacaq.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında builki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.