Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçisi Cəmilə Əhmədova İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim dəyişmələri” mövzusuna həsr olunmuş dəyirmi masada iştirak edib.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
Tədbirdə çıxış edən elmi işçi Azərbaycanda iqlim dəyişmələrinə dair elmi araşdırmalardan danışıb, Coğrafiya İnstitutu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında iqlim dəyişmələri ilə əlaqədar əməkdaşlıq məsələlərinə toxunub.