"Elmi fəaliyyəti ölçə bilən mexanizm qurulmalıdır".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.
"Son dövrlər kifayət qədər struktur islahatları həyata keçirilib. Elmdə kəşflər və ixtiralar önəmlidir", - E.Əmrullayev qeyd edib.