Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şərifli Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub.
Bu barədə "
TehsilMedia.az"a muzeydən bildirilib.
Qonaq muzeyin ekspozisiyası ilə tanış olub. Ona böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Muzey əməkdaşları turançılıq ideyasının H.Cavidin əsərlərindəki bədii təcəssümü, türkün şanlı tarixinin tərənnümü və ümumtürk dilinin yaradılmasında mütəfəkkir şairin xidmətləri ilə bağlı alimi maraqlandıran sualları cavablandırıblar.
Qonaqla gələcək əməkdaşlıq layihələri də müzakirə olunub.
Sonda qazaxıstanlı alim muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Amantay Şərifli Hüseyn Cavidin “İblis” əsərini və bir çox şeirlərini qazax dilinə tərcümə edib.