“Bir Könüllü” Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə keçirilən Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumunda iştirakı üçün qeydiyyat başlanıb.
TehsilMedia.az xəbər verir ki, Təhsilin İnkişafı Fondundan "Tehsil.biz"ə bildirilib ki, forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında (fizika, kimya, biologiya, fizika mühəndisliyi, kimya mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, tibb elmləri, ətraf mühit və.s) bakalavriat səviyyəsi üzrə təhsil alan II-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.
Forumda elmi işləri ilə poster təqdimat şəklində çıxış etmək istəyən tələbələr öz elmi işlərini elmveinnovasiya@konullu.edu.az ünvanına “ATEİF-poster təqdimat” başlığı ilə göndərə bilər.
Qeydiyyat dekabrın 10-dək davam edəcək.