Dekabrın 1-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Bilik Festivalı” keçirilib.
TehsilMedia.az xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, Secret Kitab evi, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilaçılığı ilə keçirilən festivalın açılış mərasimində kitab sərgisi və Lənkəran Peşə Təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub.
Sərgidən sonra inşa müsabiqəsinin qalibləri təltif olunub, 5 və 6-cı siniflər arasında intellektual yarış keçirilib.
Qeyd edək ki, “Bilik Festivalı” Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Kapital Bankın Lənkəran filialın dəstəyi ilə keçirilir və 3 gün davam edəcək.