Təhsil İnstitutu (ARTİ) fənlər üzrə təkmilləşdirilmiş təhsil proqramlarını (fənn kurikulumları) ictimai müzakirəyə təqdim edir.
Bu barədə
TehsilMedia.az - a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhsil proqramları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında təkmilləşdirilib.
İctimai müzakirədə iştirak etmək istəyənlər ARTİ-nin rəsmi səhifəsinin “Fəaliyyətimiz” bölməsində (https://shorturl.at/ckKL2) riyaziyyat, kimya, biologiya, həyat bilgisi və təbiət fənləri üzrə təkmilləşdirilmiş təhsil proqramları ilə tanış ola bilərlər.
Qeyd edək ki, rəy, təklif və iradlarınızı tsp@arti.edu.azelektron poçt ünvanına göndərə bilərsiniz.
ARTİ təhsil proqramlarının təkmilləşdirilməsində ictimaiyyəti fəal olmağa dəvət edir.