Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ötən ilin dekabr ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "
TehsilMedia.az"a bildirilib ki, ötən ay ümumilikdə 20 min 888 müraciət daxil olub.
Ay ərzində agentliyə 4 min 427 sənəd qəbul olunub. Həmçinin müraciətlərin 11 min 592-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 836 müraciət daxil olub, 4 min 33 vətəndaş isə qəbulda iştirak edib.
Hər bir müraciətə fərdi qaydada yanaşılıb, sorğuların qanunvericiliyə uyğun formada həlli üçün müvafiq addımlar atılıb.