Hörmətli Təhsil Nazirliyi, TKTA, ARTİ, dərsliklərə ayrılan maliyyəni şagirdlərin differensiallığını və inkluzivliyini təmin edən, müəllimlərin işini asanlaşdıran, valideynləri rahatladan bir sistemə ayırın.
Digər ölkələrdə təhsil sisteminə diqqət etdikdə görürük ki, artıq dərsliklərə maliyyə ayırmırlar. Nə nəşriyyat, nə də satışı ilə bağlı heç bir addım atılmır və maddi cəhətdən heç bir məvacib ayrılmır. Çünki Elektronlaşma gedir. Bununla da, əsasən internetə üstünlük verir.
Müxtəlif proqram, tətbiq, strategiyalarla şagirdlərə daha qısa zaman ərzində və daha asan yolla məlumat almaq və problem həlletmə öyrədilir. Maddiyyat itkisi olmadan, vaxt itkisi olmadan və böyük həvəslə.
Dərsliklərə, kağızlara, dəftərlərə ayrılan pulun əvəzinə təhsili şagirdlər üçün əlçatan edən internet problemi həll olunur. Buna Brazilyadan adicə müəyyən çeviricikərdən istifadə etməklə ən uzaq və imkansız yerlərdə də əlçatan olması nümunə ola bilər. Üstəlik inkluzivlik də bərpa olunur.
Bizdə 45 dəqiqəyə müəllim differensial yanaşarkən bir sürü resurslardan istifadə edirsə, xaricdə və ya daha inkişaf etmiş məktəblərdə (Azərbaycanda da var) xüsusi proqramlarda şagirdlərin bütün dərsləri, tapşırıqları yerləşdirilib. Şagird həmin biliyi istəyir dinləsin, istəyir özü oxusun, istəyir animasiya şəklində baxsın. Özü bunu seçir. Beləliklə, öyrənmə tərzi, intellektlər, şagirdyönümlülük, differensiallıq qorunmuş olur. Tapşırıqlar, imtahanlar və s. hamısı belə təşkil olunduğundan artıq nə əlavə pul itkisi, vaxt itkisi, lazımsız kargüzarlıq işləri-heç birinə ehtiyac qalmır. Müəllim rahat dərsini keçir. Şagird tam şəkildə qavrayıb inkişaf edir...
Deməli, biz də vaxt itkisi olmadan, maliyyə itkisi olmadan, həm müəllim, həm valideyn , həm də şagirdlər üçün daha pratik, daha uyğun, daha çox diferensiallığı və inkluzivliyi təmin edən dərsliklər yarada bilərik.