"2015-ci ildə qəbul imtahanlarında qayda pozuntuları 3 %-ə qədər idisə, 2022-ci ildə bu, 2 %-ə düşüb".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, buraxılış imtahanları üzrə isə pozuntular 2 %-dən 0,5 %-ə qədər azalıb. İmtahanlarda köçürmə halları aşkarlanır:
"İmtahandan sonra aparılan araşdırmalardan sonra bu hallar üzrə çıxarılır və müvafiq tədbirlər görülür. İmtahanlarda adətən 5-10 belə hala rast gəlinir".