Gəncə Dövlət Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləmək məqsədilə mediatur təşkil olunub. Mediaturda şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyətinin və media subyektlərinin nümayəndələri, eləcə də tələbə valideynləri iştirak ediblər.
Universitetdən, əvvəlcə, GDU-nun prorektorları imtahan prosesinin təşkili və keçirilməsi qaydası ilə bağlı məlumat veriblər. Bildirilib ki, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxiləyə yol verilməyib və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. O da diqqətə çatdırılıb ki, hazırda imtahanlar qabiliyyət formasında və kompüterdə test üsulu ilə aparılır. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir. Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə fevralın 2-dən 14-dək təkrar imtahan vermək imkanı yaradılacaq.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahan prosesi, həmçinin imtahanların gedişini kamera vasitəsilə izləmək üçün yaradılan müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştiraklarının və valideynlərinin sualları cavablandırılıb.